BAKI, 14 aprel. TELEQRAF

2025-ci ilin 1-ci rübü ərzində, operativ məlumatlara əsasən respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin mart ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barrel) olub. Bunun 62,6 min tonunu (462 min barrel) xam neft, 14,3 min tonunu (118 min barrel) kondensat təşkil edib.

Rüb ərzində neftin emalı 1,4 milyon ton təşkil edib.