BAKI, 14 fevral. TELEQRAF

Fevralın 14-də energetika naziri Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) İcracı direktoru Fatih Birolla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.

Tərəflər COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, nazir bu gün həm də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi ilə də görüşüb.

Onlar Paris sazişi çərçivəsində enerji planlaşdırılmasına dair anlaşma memorandumunun icrası və bu xüsusda Agentliklə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə ediblər.