BAKI, 11 fevral. TELEQRAF
6 məktəbə direktor təyinatı həyata keçirilib.
Bu barədə Teleqraf-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində yerləşən Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbə Hacıyeva Günel Vilayət qızı, Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbə Həmidova Pərvanə Qurban qızı, Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbə Camalzadə Leyla Hümbət qızı, Nikolay Nekrasov adına 19 nömrəli tam orta məktəbə isə Məmmədov Seymur Vaqif oğlu direktor təyin olunub.
Samux rayonunda yerləşən Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktor vəzifəsinə Muradova Günel Oruc qızı, 3 nömrəli tаm orta məktəbin direktor vəzifəsinə isə Məmmədova Günel Elçin qızı təyinat alıb.