BAKI, 21 yanvar. TELEQRAF

Elməddin Bəşirov Qarabağ Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu barədə Teleqraf-a İdarədən məlumat verilib.

Bəşirov Elməddin Əsgər oğlu 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 2003-cü ildə Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlamış, 2009–2023-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2023–2025-ci illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışıb.