BAKI, 7 oktyabr. TELEQRAF

29, 30 sentyabr, 1, 2 oktyabr tarixlərində təşkil olunan müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, nəticələr barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.