BAKI, 12 sentyabr. TELEQRAF

“Tarix kitablarının çoxu tarixi faktarın ardıcıllığından ibarətdir. O faktlar hekayə formasında izah olunmalıdır ki, şagirdlər tərəfindən başa düşülsün”.

Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, dərsliklər tərtib olunanda bir çox faktlar nəzərə alınmalıdır.

"Onların arasında kitabların dilinin başa düşülən olması vacibdir. Şagird oxuduğunu başa düşsə onu yadda saxlamaq daha asan olar".