BAKI, 11 sentyabr. TELEQRAF

Rezident həkimlərimizin statusu aydın tənzimlənmədiyi üçün çətinliklər yaranır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rəşad Mahmudov komitənin iclasında deyib.

O bildirib ki, rezidentlərin əmək müqaviləsi ilə normal həkim maaşı alan statusda olmaları aydın şəkildə təsbit olunmalıdır.

“Rezidenturanı yüksək nəticələrlə bitirən ən bacarıqla həkimlərimiz bu boşluqlara görə xaricə yönəlirlər”, - deputat vurğulayıb.