BAKI, 11 sentyabr. TELEQRAF

Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, şagird sayı 500-dən çox olan müəssisələrə, eləcə də lisey və gimnaziyalara direktor seçimi zamanı ilk mərhələdə şagird sayı az olan müəssisələrin direktorlarının müsahibə nəticələrinə əsasən yerdəyişməsi nəzərdə tutulur.

"Növbəti mərhələdə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər arasında seçim aparılması nəzərdə tutulur. Daha sonra isə digər müəssisələrdə çalışan direktor müavinləri və müəllimlər üçün imkan yaradılacaq", - nazir əlavə edib.