BAKI, 11 sentyabr. TELEQRAF

Sertifikatlaşdırma müəllimləri işdən çıxarmaq üçün deyil.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, bu prosesdə 90%-dən çox müəllimin əməkhaqqısı artıb.

"Bu prosesdə 10 müəllimdən biri çıxarılır. Əsas problem ibtidai sinif müəllimləri ilə bağlıdır".