BAKI, 2 sentyabr. TELEQRAF

İndiyədək 200-dən çox vətəndaş Təhsil Tələbə Krediti Fondunun yardım masasına müraciət edib. Onlardan 80 nəfərin müraciəti uğurla göndərilib.

Bu barədə Teleqraf-a fonddan məlumat verilib.

Bildirilib ki, yardım masası vətəndaşların müraciət prosesində qarşılaşdıqları sualları cavablandırmaq və onlara operativ dəstək göstərmək məqsədilə yaradılıb.

Qeyd edək ki, ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üçün 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.