BAKI, 22 avqust. TELEQRAF

2025-2026-cı tədris ilindən bütün ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə olan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.

Teleqraf xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə" elm və təhsil naziri Emin Əmrullayevin əmrindəki tədris planlarına dair qeydlərdə öz əksini tapıb.

Qeyd edək ki, ötən tədris ilində bütün ümumi təhsil müəssisələrinin V siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçirilirdi. Növbəti tədris ilində isə bu yenilik bütün ölkə üzrə V və VI sinifləri əhatə edəcək.