BAKI, 14 avqust. TELEQRAF
Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi Azərbaycan Tibb Universitetində də təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq universitetdən bildirilib.
Qeyd olunub ki, təhsil haqqı tibb ixtisası üzrə 6500 manat, stomatologiya 6000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 5000 manat olaraq dəyişdirilib.
Xatırladaq ki, ötən il təhsil haqqı tibb ixtisası üzrə 4500 manat, stomatologiya üzrə 4000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 4000 manat olub.