BAKI, 11 avqust. TELEQRAF

2025-2026-cı tədris ilində Qərbi Kaspi Universitetində Politologiya ixtisası üzrə tədris aparılmayacaq.

Teleqraf-ın əldə etdiyi məlumata görə, ixtisas universitetin qəbul planından çıxarılıb.

Qeyd edək ki, ötən il universitetin Politologiya ixtisasına 30 plan yeri ayrılıb. İllik təhsil haqqı isə 3000 manat olub.

Universitet sözügedən ixtisas üzrə tədrisin aparılmayacağını təsdiqləyib.