BAKI, 11 avqust. TELEQRAF

"Ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib".

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı Agentliyin və yerli bölmələrinin çağrı mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər.