BAKI, 7 avqust. TELEQRAF
May ayından etibarən birinci sinfə şagird qəbulu başlayıb və prosesin prioritet mərhələsi artıq yekunlaşıb.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
O bildirib ki, hazırda bütün təhsil müəssisələri üzrə valideynlər övladları üçün istədikləri məktəbi sərbəst şəkildə seçərək qeydiyyatdan keçə, sorğularını sistemə yerləşdirə bilərlər.
"125 mindən çox uşaq birinci sinfə qəbul edilib", - o qeyd edib.