BAKI, 17 iyul. TELEQRAF

ADA Universitetində dövlət sifarişli yerlərin siyahısı elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə ADA Universitetdə dövlət sifarişli yerlərlə bağlı məlumat sessiyasında deyilib.

Bildirilib ki, I və II ixtisas qrupları üzrə ümumilikdə 180 dövlət sifarişli yer ayrılıb. Beləliklə, 1-ci qrup üzrə dövlət sifarişi ilə olan ixtisaslara kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat, informasiya texnologiyaları, 2-ci qrup üzrə isə maliyyə, iqtisadiyyat ixtisasları daxildir.