BAKI, 17 iyul. TELEQRAF
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Yaxınlarının bildirdiyinə görə, S.Salmanova şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş. Ötən gecə onun şəkəri yüksəlib. Nəticədə beyninə qan sızıb və vəfat edib.
Xatırladaq ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının “Ümumi psixologiya” ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.
