BAKI, 14 iyul. TELEQRAF
"Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edirlər".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün bu yerlərin böyük əksəriyyətini Azərbaycan bölməsi üzrə təhsil alanlar tutur:
“Nəticədə dövlət sifarişli yerlərin yalnız 5–8 faizini rus bölməsinin abituriyentləri qazana bilir”.
DİM sədri qeyd edib ki, imtahanlarda adi məktəblərin məzunları olan abituriyentlər kifayət qədər yüksək nəticə göstərirlər.
“Bəzi məktəblər var ki, son 12 ildə nəinki rayonda, hətta respublika üzrə də yüksək nəticələri ilə seçilirlər. Bu məktəblərin hamısı jurnalda qeyd olunub”.