BAKI, 2 iyul. TELEQRAF

2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur.

Teleqraf xəbər verir ki, bu barədə məlumat “SABAH-ın MƏZUNU-2025” tədbirində açıqlanıb.

Bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı özündə birləşdirir, həmçinin bakalavriat və magistratura səviyyələri üzrə 4134 tələbəni və 6842 məzunu əhatə edir.

Tədbirdə hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi reallaşıb.

Ən yüksək göstəriciləri ilə fərqlənən "SABAH"ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

Tədbir çərçivəsində həmçinin tələbələrin ifasında musiqi nömrələri səsləndirilib.