BAKI, 18 iyun. TELEQRAF

IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə – 697.5 bal toplayan abituriyent Aylin Xəlilova hansı universiteti seçəcəyini açıqlayıb.

Teleqraf-a danışan Aylin Azərbaycan Tibb Universitetində oxumaq arzusunda olduğunu bildirib.

“Atam da həkimdir, ümumi cərrahdır. O mənə böyük dəstək oldu. Bu nəticənin gələcəyini gözləyirdim, amma içimdə bir az qorxu var idi. Təhsilimi Azərbaycanda almaq istəyirəm. Gələcəkdə isə xaricdə təhsil almağı düşünürəm. Fikrimcə, suallar normal idi. Hər kəs düşünür ki, suallar asan olmalıdır, ancaq belə deyil".

Qeyd edək ki, Xəlilova Aylin Rauf qızı Bakı şəhər 220 saylı məktəb-liseyi bitirib. O, IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) göstərən 5 abituriyentdən biridir.