BAKI, 12 iyun. TELEQRAF
"Sertifikasiya imtahanı 120 dəqiqə davam edir, 60 sualdan ibarətdir. 50 sual ixtisasa, 10 sual metodikaya aiddir. Səhv cavablar doğru cavabların balına təsir etmir".
Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
O qeyd edib ki, imtahana gələn hər kəsə onun gedişi və qaydaları ilə bağlı təlimat təqdim olunur.
"Təlimatın diqqətlə oxunması tövsiyə olunur. Bu vaxt 120 dəqiqəlik əsas imtahan müddətinə daxil deyil. Test mərhələsində minimum keçid balı 30-dur. Bu mərhələni uğurla keçənlər daha sonra müsahibəyə dəvət olunur.
Sertifikasiya prosesində iştirak icbari məsələdir", - o vurğulayıb.
Qeyd edək ki, müəllimlərin ilkin və təkrar sertifikatlaşdırma prosesi 18-25 iyun tarixlərində həyata keçiriləcək. Sertifikasiya imtahanına coğrafiya, informatika, kimya, fizika və biologiya müəllimləri cəlb olunacaq.