BAKI, 11 iyun. TELEQRAF

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlər test imtahanına yalnız şəxsiyyəti təsdiq edən sənədi gətirməlidir.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı İnsan Resursları Mərkəzi paylaşıb.

Bildirilib ki, imtahan binasına çanta və ya digər şəxsi əşyaları gətirməmək tövsiyə olunur.

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özünüzlə gətirməlisiniz”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, müəllimlərin ilkin və təkrar sertifikatlaşdırma prosesi 18-25 iyun tarixlərində həyata keçiriləcək. Sertifikasiya imtahanına coğrafiya, informatika, kimya, fizika və biologiya müəllimləri cəlb olunacaq.