BAKI, 3 iyun. TELEQRAF

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərinin sayı 19 930 nəfərdir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 1781 nəfəri ibtidai sinif müəllimidir.

Qeyd edək ki, hazırda Azərbaycanda 150 mindən çox müəllim var.