BAKI, 23 may. TELEQRAF
"Təhsil ekspertləri ictimai fikir formalaşdıra bilməz. Onlar yazdıqları status və paylaşımlarla özlərini reklam edir, məşhurlaşmaq istəyir, pul qazanmağa çalışırlar".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
DİM sədri təhsil ekspertlərini imtahan nəticələrinin qiymətləndirilməsi prosesində iştiraka dəvət edib.
"Ekspertləri imtahan qiymətləndirilməsi prosesində iştirak etməyə dəvət edirik".
O qeyd edib ki, imtahan nəticələrinin yoxlanılması prosesindən, nəticələrdən şikayət edən hər bir təhsil eksperti DİM-ə müraciət edib imtahan nəticələrinin qiymətləndirilmə prosesində iştirak edə bilər. Biz onları mediatura dəvət etdik, cəmi iki təhsil eksperti gəldi:
"Təhsil ekspertlərinin başı feysbukda status yazmağa qarışıb".