BAKI, 23 may. TELEQRAF
5 ay ərzində Dövlət İmtahan Mərkəzi (DİM) 115 imtahan keçirib.
Teleqraf xəbər verir ki, bunu DİM-in sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
"2025-ci ildə may ayına qədər 490 min 430 nəfər müxtəlif imtahanlarda iştirak edib. Bu imtahanlar ali təhsilin bakalavr səviyyəsinə qəbul, magistratura, rezidentura 1-ci cəhd, dövlət qulluğu, tam orta təhsil buraxılış imtahanları, sertifikasiya imtahanları, beynəlxalq imtahanlar, Azərbaycan dili imtahanı və başqa imtahanlar olub", - o qeyd edib.