
BAKI, 12 mart. TELEQRAF
Hazırda respublika ərazisində 84 seysmik stansiyalar vasitəsi ilə kompleks seysmoloji-geofiziki tədqiqatlar aparılır.
Teleqraf xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BDU-da “Azərbaycanın müasir seysmogeodinamik şəraiti” mövzusundakı məruzəsində deyib.
O, Azərbaycan ərazisinin hazırki seysmogen vəziyyəti haqqında da danışıb. Baş direktor çıxışında respublika ərazisində maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlərin qeydə alınması, aktiv bölgələrdə olan seysmik vəziyyət, aparılan monitorinqlərlə bağlı da iştirakçıları məlumatlandırıb.
Professor Qurban Yetirmişli çıxışında həmçinin RSXM-nin beynəlxalq seysmoloji təşkilatlar və xarici universitetlərlə əməkdaşlıq məsələlərinə də toxunub.