BAKI, 22 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan Deyr əl-Balah batalyonunun bölük komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

"İsrail Müdafiə Qüvvələri Deyr əl-Bəlah bölgəsinə hava hücumu həyata keçirib və HƏMAS-ın hərbi qanadının Deyr əl-Bəlah batalyonunun bölük komandiri Şərif əl-Həsənatı öldürüb. O, Qəzza zolağında terror hücumlarına və HƏMAS-ın yeraltı obyektlərinin bərpası səylərinə rəhbərlik edib" - məlumatda qeyd olunur.