BAKI, 19 avqust. TELEQRAF

ABŞ-də evsiz insanların təxminən 75 faizinin narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Mənzil Tikintisi və Şəhər İnkişafı naziri Skott Törner “X” sosial şəbəkəsində açıqlayıb.

“Amerikada evsizlərin 75 faizi narkotik asılılığından əziyyət çəkir. Onların 78 faizində psixi pozuntular mövcuddur”, – nazir bildirib.

Törnerin sözlərinə görə, evsiz insanların yalnız mənzillə təmin edilməsi problemin əsas səbəblərini aradan qaldırmır.

Nazir bununla əlaqədar rəhbərlik etdiyi qurumla ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin birgə hazırladığı təşəbbüsün həyata keçirilməsinə çağırıb.

Təklif olunan tədbirlər evsiz insanların mənzillə təmin edilməsi ilə yanaşı, narkotik asılılığından və psixi pozuntulardan müalicəsini də nəzərdə tutur.