BAKI, 18 avqust. TELEQRAF

Tehranın iki fransalı diplomatın ölkəyə girişinə qadağa qoymasına cavab olaraq Fransa iki İran diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barron özünün X səhifəsində yazıb.

Onun sözlərinə görə, Parisin addımı iyulda İran təhlükəsizlik qüvvələri tərəfindən bir neçə saat saxlanılıb dindirilən fransız diplomatlarına qarşı qəbuledilməz rəftara cavabdır.

Fransa rəsmisi bildirib ki, mədəniyyət attaşesi vəzifəsində çalışan diplomat fiziki zorakılığa məruz qalıb. O, hadisəni "son dərəcə ciddi terror cəhdi" və "diplomatik toxunulmazlığın kobud şəkildə pozulması" kimi təsvir edib.

Barrot 20 iyulda Fransa diplomatlarının saxlanılması və dindirilməsi barədə məlumat vermişdi. Paris səfirlik işçilərinin İran vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı əlaqələrinə görə təzyiqə məruz qaldığını iddia edir.

Lakin Tehran diplomatlara qarşı pis rəftar iddialarını rədd edir. İran tərəfi iddia edir ki, onlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq bəhanəsi ilə İranın daxili işlərinə müdaxilə etdiyi üçün qısa müddətə dindiriliblər.