BAKI, 18 avqust. TELEQRAF
Vaşinqton administrasiyası hesab edir ki, İsrailin Suriyadakı Əbu Duhur aviabazasına endirdiyi hava zərbələri regionda sabitliyə töhfə verməyən lazımsız eskalasiyadır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi, Türkiyədəki səfir Tom Barak bildirib.
O, X-də yazıb: "İsrailin Əbu Duhur Hava Bazasına etdiyi təsdiqlənmiş hava hücumlarının bölgədə sabitliyə töhfə verməyən lazımsız bir eskalasiya təşkil etməsindən dərin narahatlıq duyuruq".
Barrakın sözlərinə görə, Suriya hökuməti aqressiv mövqe tutmayıb və İsrail ilə gərginliyin azaldılması istəyini dəfələrlə ifadə edib.
Xüsusi nümayəndə əlavə edib ki, Amerika tərəfi diplomatik səyləri asanlaşdırmaq üçün müzakirələr aparmağa davam edəcək.