BAKI, 18 avqust. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın İdlib kəndindəki Əbu Zuhur Hərbi Hava Bazasına hava hücumlarını pisləyən bəyanat yayıb.

Teleqraf xəbər verir ki, bəyanatda qeyd olunur: "Suriyanın İdlib şəhərinin kənd ərazisində yerləşən Əbu Zuhur Hərbi Hava Bazası bu səhər (18 avqust - red) erkən saatlarda hücuma məruz qalıb. İsrailin həyata keçirdiyi hava hücumlarını şiddətlə qınayırıq. İsrail Suriyanın infrastrukturunu və imkanlarını hədəf alan, ərazi bütövlüyünü və birliyini pozan ehtiyatsız hücumlarını davam etdirir. Biz beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı artan təcavüzünə son qoymaq və beynəlxalq hüquqa məhəl qoymayan bu hərəkətlərə görə məsuliyyət daşımalarını təmin etmək üçün daha qətiyyətli mövqe tutmağa çağırırıq".