BAKI, 18 avqust. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət agentliyi WAM məlumat yayıb.
Məlumata görə, tərəflər eyni zamanda ikitərəfli əməkdaşlığı və münasibətlərin möhkəmləndirilməsini müzakirə edib.
Həmçinin prezidentlər regionda baş verən son hadisələr və vəziyyətin nizamlanmasına yönəlmiş davam edən diplomatik səylər barədə fikir mübadiləsi aparıblar.