BAKI, 5 iyul. TELEQRAF

ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən atəşfəşanlıq Çikaqoda enişə hazırlaşan sərnişin təyyarəsinə dəyib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Delta Air Lines aviaşirkətinə məxsus təyyarə Çikaqo Miduey hava limanına eniş edərkən bayram atəşfəşanlığının təsirinə məruz qalıb.

"Təyyarədə güclü səs eşitdik", - deyə pilot dispetçerə məlumat verib.

Hadisənin təxminən 61 metr yüksəklikdə baş verdiyi bildirilir.

Təyyarə təhlükəsiz şəkildə eniş edib və bundan sonra texniki baxış üçün yoxlanışa göndərilib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.