BAKI, 3 iyul. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında danışıqlar keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Şavkat Mirziyoyev və İrakli Kobaxidze əvvəlcə təkbətək görüş keçiriblər.
Daha sonra danışıqlar hər iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.