BAKI, 30 may. TELEQRAF

Gürcüstan hökuməti Sovet İttifaqının keçmiş lideri İosif Stalinə məxsus olduğu bildirilən şərab kolleksiyasını hərraca çıxarmağa hazırlaşır.

Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verilir ki, söhbət təxminən 40 min butulka fransız və gürcü nadir şərabından gedir.

Məlumata görə, Gürcüstan hökuməti bu həftə ilk dəfə olaraq paytaxt Tbilisidə yerləşən və kolleksiyanın saxlanıldığı şərab zirzəmisini ictimaiyyət üçün açıb.

Kolleksiyadakı bəzi şərab nümunələrinin XIX əsrin əvvəllərinə aid olduğu bildirilir.

"Reuters" yazır ki, hərracdan əldə olunacaq vəsait ölkədə şərabçılıq məktəbinin yaradılmasına yönəldiləcək.

Qeyd edək ki, İosif Stalin Gürcüstanın Qori şəhərində anadan olub və onun adı ölkədə hələ də mübahisəli tarixi fiqurlar sırasında yer alır.