BAKI, 29 may. TELEQRAF

Xorvatiya Prezidenti Zoran Milanoviç NATO üzvü olan Baltikyanı ölkələrin bəzi rəsmilərinin Rusiyanın Kalininqrad vilayətinə mümkün hücumlarla bağlı səsləndirdiyi fikirləri tənqid edib.

Teleqraf xəbər verir ki, o bildirib ki, yüksəkvəzifəli şəxslərin bu cür çağırışlar etməsi məsuliyyətsiz davranışdır.

“Həftələrlə bəzi Baltikyanı dövlətlərin yüksəkvəzifəli rəsmilərinin Kalininqrad vilayətinə hücum çağırışlarını eşidirəm. Bu, sadəcə qeyri-ciddilikdən də artıqdır. Belə bəyanatlar səsləndirilməməlidir”, - deyə Milanoviç Xorvatiya Silahlı Qüvvələrinin yaradılmasının 35 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.

Xorvatiya Prezidenti qeyd edib ki, ölkəsinin hərbçiləri Litvada yerləşdirilib və NATO daxilində blok həmrəyliyi məsuliyyətli davranışı da ehtiva edir.