BAKI, 28 may. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Ariz ilə görüşüb.
Teleqraf xəbər verir ki, Kobaxidze səfiri diplomatik fəaliyyətinin başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında ortaq regional maraqlara əsaslanan güclü strateji tərəfdaşlığın mövcudluğu vurğulanıb və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. Baş nazir Türkiyənin Gürcüstanın aparıcı ticarət tərəfdaşı olduğu qeyd edildi.
Tərəflər Orta Dəhlizin inkişaf imkanlarını və birgə regional layihələri müzakirə ediblər.
Baş nazir və səfir Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.