BAKI, 16 may. TELEQRAF

Yer kürəsində zəif və orta gücdə maqnit fırtınası qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumata görə, ilk maqnit fırtınası orta səviyyəli G2 göstəricisinə çatıb, ikinci fırtına isə zəif G1 səviyyəsinə uyğun olub.

Diaqram izahında qeyd edilir ki, G1 zəif, G2 isə orta dərəcəli maqnit fırtınasını ifadə edir.

Qrafiklərə əsasən, maqnit aktivliyinin ilk pik nöqtəsi 16 may saat 00:00-dan sonra müşahidə olunub və bu zaman G2 səviyyəli fırtına qeydə alınıb. Daha sonra isə G1 səviyyəli ikinci maqnit fırtınası baş verib.