BAKI, 20 aprel. TELEQRAF

İsrail məni İranla müharibəyə getməyə inandıra bilmədi, amma İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə inancımı gücləndirdi.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Saxta xəbərləri, ekspert şərhlərini və ictimai rəy sorğularını tam inamsızlıqla izləyir və oxuyuram. Deyilənlərin 90 faizi yalan və uydurma hekayələrdir və sorğular 2020-ci il prezident seçkiləri kimi saxtalaşdırılıb. Medianın danışmaq istəmədiyi Venesueladakı nəticələr kimi, İrandakı nəticələr də heyrətamiz olacaq. Əgər İranın yeni liderləri ağıllıdırlarsa, İranın böyük və firavan gələcəyi ola bilər”, - deyə Tramp qeyd edib.