BAKI, 6 aprel. TELEQRAF

Rusiyanın Ukraynanın Odessa şəhərinə təşkil etdiyi gecə hücumu nəticəsində zərərçəkənlərin sayı 15 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, yaralananlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib. Hücum nəticəsində 3 nəfər həlak olub.

Vilayət rəhbəri həlak olanların yaxınlarına və ailələrinə başsağlığı verib.

Hazırda ərazidə xilasetmə və fəsadların aradan qaldırılması işləri davam edir.