BAKI, 6 aprel. TELEQRAF
İranın cənubundakı daha bir neft-kimya kompleksinə zərbə endirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, Mervdaşt şəhərindəki neft-kimya kompleksi ABŞ və İsrailin hava hücumlarına məruz qalıb və nəticədə obyektlərdən birində yanğın baş verib.
Yanğın hücumdan bir neçə dəqiqə sonra söndürülüb. Hücum nəticəsində obyektin kiçik hissəsinə ziyan dəyib. Xəsarət alan olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl İranın "Fars" xəbər agentliyi ölkənin Cənubi Pars neft yatağında yerləşən neft-kimya zavoduna hücum barədə məlumat vermişdi. Əsas ziyan obyekti su, elektrik enerjisi və oksigenlə təmin edən Mobin və Damavand şirkətlərinə dəymişdi.