BAKI, 15 mart. TELEQRAF
Misirin xarici işlər naziri Bədr Abdel Ati Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdə ərəb ölkələrinin birgə müdafiə sazişinin aktivləşdirilməsi məsələsini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Bədr Abdel Ati Misirin bu çətin dövrdə Qətərdəki qardaşları ilə həmrəy olduğunu ifadə edib. O, həmçinin son vaxtlar İranın hücumlarından sonra regionda təhlükəsizlik məsələlərinin daha da aktuallaşdığını qeyd edib.
Nazir vurğulayıb ki, ərəb ölkələrinin milli təhlükəsizliyinin gücləndirilməsi üçün birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və təhlükəsizlik konsepsiyasının gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, ərəb dövlətlərinin təhlükəsizliyi, suverenliyi, birliyi və ərazi bütövlüyünün təmin olunması baxımından birgə müdafiə sazişinin aktivləşdirilməsi əsas təminatlardan biri hesab olunur.
Görüşdə Təmim bin Həməd Al Sani da iştirak edib.