BAKI, 8 mart. TELEQRAF
Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 144 min nəfərin yaşadığı Larisa şəhərindən 155 kilometr qərbdə yerləşib.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.