BAKI, 15 fevral. TELEQRAF

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallasın təşəbbüsü ilə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" yazır.

Görüşün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilməsi planlaşdırılsa da, iştirakçıların əksəriyyətinin getməsi səbəbindən baş tutmayıb.