BAKI, 25 yanvar. TELEQRAF

26 yanvar tarixində ekstremal hava şəraiti səbəbindən Nyu-York və Vaşinqtonda məktəblər distant təhsilə keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə Nyu-York şəhərinin hakimiyyəti məlumat verib.

Bildirilir ki, bu 1100-dən çox məktəbdə təhsil alan təxminən 500 min şagirdi əhatə edəcək.

Şəhərin meri Zohran Mamdani qeyd edib ki, hava şəraiti təhlükəli hala gəldiyindən məktəblərin bağlanması insanların təhlükəsizliyini təmin etmək üçün vacibdir.

Eyni zamanda, Vaşinqtonda da onlarla məktəb hava şəraiti səbəbindən bağlanacaq.