BAKI, 20 yanvar. TELEQRAF

Mərakeş kralı VI Məhəmməd ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza zolağında vəziyyətin nizamlanmasına yönələn “Sülh Şurası”nın fəaliyyətində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Mərakeş Xarici İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, Mərakeş kralı VI Məhəmməd Donald Trampdan “Sülh Şurası”nın təsisçilərindən biri qismində iştiraka dair dəvət alıb və bu dəvəti qəbul edib. Eyni zamanda vurğulanır ki, bu çərçivədə Mərakeş Krallığı “Sülh Şurası”nın təsisçi nizamnaməsini ratifikasiya edəcək.

XİN-in açıqlamasında bildirilib ki, kral bu qərarı Qəzza ətrafında yaranmış humanitar və siyasi vəziyyətin beynəlxalq səviyyədə nizamlanmasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, Mərakeş kralı eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qüds üzrə komitəyə sədrlik edir. Sözügedən komitənin əsas fəaliyyət istiqamətləri Qüds şəhərinin mənəvi və sivilizasiya əhəmiyyətinin qorunması, eləcə də onun tolerantlıq və sülh dəyərlərinin yayılmasında mərkəz kimi rolunun müdafiəsidir.

Teleqraf xəbər verir ki,