BAKI, 20 yanvar. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları fonunda yanvarın 21-də Danimarkaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper parlamentin İcmalar Palatasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, London Arktika bölgəsində təhlükəsizlik məsələləri üzrə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Kuper bildirib ki, yanvarın 19-da Londonda Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenlə danışıqlar aparıb və görüşdə əsas müzakirə mövzusu Qrenlandiya olub.