BAKI, 18 yanvar. TELEQRAF
Avropa İttifaqı ABŞ-nin Qrenlandiyanı özünə birləşdirməsi halında Avropa ərazisində yerləşən Amerika hərbi bazalarının ləğvi ilə Vaşinqtonu hədələyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Economist" jurnalı yazır.
Məqalədə qeyd olunur ki, bir sıra Avropa ölkələri Arktikadakı mümkün əməliyyatlardan asılı olmayaraq ABŞ bazalarının təhlükəsizliyin təminatı baxımından saxlanılmasının tərəfdarıdır. Digər dövlətlər isə bu bazaların bağlanması ilə bağlı təhdidi amerikalılara qarşı təzyiq rıçağı kimi görür.
Jurnal vurğulayır ki, Avropadakı hərbi infrastruktura çıxış olmadan ABŞ üçün Afrikada və Yaxın Şərqdə hərbi gücünü proyeksiya etmək olduqca çətin olacaq. Məqalədə Almaniyadakı Ramştayn bazası bu baxımdan xüsusi əhəmiyyət daşıyan obyektlərdən biri kimi göstərilir.