BAKI, 18 yanvar. TELEQRAF
Pakistanın cənubunda yerləşən Karaçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb, daha 20 nəfər isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanğın şəhərin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət kompleksinin birinci mərtəbəsində başlayıb.
Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, yanvarın 18-i səhər saatlarına olan məlumata əsasən, yanğının yalnız 30%-ni lokallaşdırmaq mümkün olub. Hazırda hadisə yerində 20 yanğınsöndürmə briqadası fəaliyyət göstərir. Mütəxəssislər binanın uçma riskinin yüksək olduğunu bildirirlər.
İlkin ehtimallara görə, yanğına mağazalardan birində elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
***
00:46
Pakistanın cənubundakı Karaçi şəhərində yerləşən "Gul Plaza" ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində azı üç nəfər ölüb, daha yeddi nəfər isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanğın şəhərin sıx məskunlaşmış ərazisində yerləşən ticarət kompleksinin birinci mərtəbəsində başlayıb. Alovun sürətlə yayılması nəticəsində bir neçə nəfər binanın yuxarı mərtəbələrində qalıb. Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, hadisə yerinə operativ şəkildə altı yanğınsöndürən briqada cəlb olunub, lakin vəziyyət hələ də kritik olaraq qalır.
İlkin məlumatlara əsasən, yanğına mağazalardan birində elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hüquq-mühafizə orqanları hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.