BAKI, 17 yanvar. TELEQRAF

Avstriyada Alp dağlarında baş verən qar uçqunları nəticəsində beş nəfər ölüb.

Teleqraf xəbər verir ki, Zalsburq şəhərindəki Finsterkopf dağında yeddi xizəkçi qarın altında qalıb. Onlardan dördü ölüb, digərləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Daha bir qar uçqunu isə qadının həyatına son qoyub. .

Xilasedicilər turistlərdən işarələnmiş ərazilərdən kənara çıxmamağı xahiş ediblər.